Şüşə və Fasad İşləri

Ana səhifə Şüşə və Fasad İşləri

Daxili Arakəsmələr

Ofislərdə, kafe və restoranlarda quraşdırılan bu sistemlər işin səmərəliliyinin artırılmasına ximət edir. Bu arakəsmələrin quraşdırılması ətraf səslərin qarşısının alınmasında da böyük rol oynayır. Daxili şüşə arakəsmələr istənilən dizaynda və rəngdə quraşdırılır.

Bundan başqa onlar açılıb - bağlanan və yaxud da sabit növlər də ola bilir. Şirkətimiz bu arakəsmələri sizə müxtəlif qalınlıqlarda olmaqla yanaşı həm də profilsiz və müxtəlif formalı profillər ilə də  təklif edir.

Şüşə Qapılar

Şüşə qapılar ofislərdə, evlərdə dizaynın unikallığının artırılması üçün ən çox istifadə olunan qapılardandır. Bele ki, bu qapılar quraşdırıldıqda məkanın genişliyinin itirilməsi  və digər bir çox vacib məqamlar istisna edilir.  Bu qapılar yana açılan tərzdə də istifadəyə yararlıdır. Lakin bəzən onların yana açılması üçün məkanda lazımi qədər yer olmur. Buna görə də bir çox hallarda onların standart variantlarına tələb daha çox olur.

Siz bu qapıları həm də evininiz hamamında və geyinmə otağında da quraşdıra bilərsiniz. Bu zaman isə digər qapılara görə daha uzunömürlü nəticə əldə etmiş olacaqsınız.

Cəbhə Sistemləri

Çöl cəbhə sistemləri müasir dövrdə bir çox binalarda rast gəldiyimiz bir sistemdir. Onların belə geniş şəkildə istifadəsi heç də təəccüblü deyildir. Çünki tətbiq edildiyi binaları digərlərindən xarici görünüşü ilə kəskin şəkildə fərqləndirir. Bunların istifadəsi zamanı həmdə binanın ümumi yükünün azalması təmin edilir.

Çöl cəbhə sistemləri nəinki binanın xarici görünüşünü gözəlləşdirir, həm də bina daxilindən əvəzolunmaz şəhər mənzərəsinin üzə çıxmasına səbəb olur. Bu sistemlərin tətbiq edilməsi binalarda daxili sahənin genişliyinin qorunub saxlanılması mövzusunda da öz müsbət təsirini göstərir.

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: