Avtomatik Seksiyonal Qapılar

Ana səhifə Avtomatik Seksiyonal Qapılar

Qaraj Qapıları

Qaraj qapıları da bir çox istifadə vasitələri kimi son dövrün texnaloji nəaliyyətlərindən bəhrələnmişdir. Belə ki, onların avtomatlaşdırılması artıq bir məcburiyyət halını almışdır. Bu cür qapılar digərlərindən bir çox üstünlükləri ilə fərqlənir ki, bunlardan da ən başlıcası uzağdan idarəetmə vasitəsi ilə işləməsidir. Artıq siz düyməni sıxmaqla qapıların açılmasını və bağlanmasını təşkil edə bilərsiniz. Bu isə sizə pis hava şəraitində nəqliyyat vasitəsini tərk etmədən qaraja daxil olmanızı təmin edəcək.

Avtomatik qaraj qapıları həm də xüsusi radar sisteminə malikdir. Qapılar hər hansı bir əşya ilə təmas edərkən avtomatik dayanır. Bu halda baş verə biləcək müxtəlif qəza hallarının qarşısı da alınmış olur.

Biz qaraj qapılarının istehsalında avropanın brend şirkətlərinin məhsullarından istifadə edirik. Bu şirkətlərin bu günə qədər əldə etdikləri təcrübələr də işin sonunda öz nəticəsini göstərir.

Avtomatik qaraj qapılarının istehsalında sendviç panellərdən istifadə olunur. Bu halda qapılar isti və soyuğa davamlı bir hala gəlir. Bu panellərin qalınlığı əsasən 45 mm təşkil edir. Bu cür qapıların mexaniki hissələri də davamlı və uzunömürlü olur.

Sənaye Qapıları

Avtomatik sənaye qapıları istifadəyə daha intensiv məruz qaldığı üçün onların keyfiyyət parametrlərinə olan tələb də artır. Bu cür qapılarda davamlılığ və uzunömürlülük əsas şərtlərdəndir. Bu qapıların istehsalında istifadə olunan panellər 40 mm qalınlığa malik olur. Sənaye qapıları yüksək istilik izolyasiyasına malikdir. Bundan başqa bu qapılar həm də işçi heyyətin təhlükəsizliyini də təmin edir.

Avtomatik sənaye qapılarının mexaniki hissələri də digər növlərdən öz davamlılığı ilə fərqlənir. Bu da öz növbəsində qapıların intensiv istifadəsinə şərait yaradır.

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: