Avtomatik Darvazalar

Ana səhifə Avtomatik Darvazalar

90 Dərəcə Açılan Darvazalar

90 dərəcə açılan və ya başqa adı ilə iki tağlı darvazalar zaman keçdikcə heç bir şəkildə müxtəlif deformasiyalara uğramır. Bunun ən başlıca səbəbi onların açılıb - bağlanma mexanizmidir.

Bu mexanizmlərin cəlbedici xüsusiyyətlərindən biri də onların mövcud darvazalara belə quraşdırılmağının mümkün olmasıdır. Təhlükəsizlik baxımından da olduqca yararlıdır.

İki tağlı mexanizimlər avropa istehsalıdır. Paslanmaya və digər aşınmalara olduqca dözümlüdür.

Yana Açılan Darvazalar

Yana açılan qapılar yüksək komfort və səmərəlilik təmin edir. Bu qapılar rahat açılıb - bağlanma ilə yanaşı təhlükəsizlik baxımından da olduqca yararlıdır.

Digərləri kimi bu qapılar da uzaqdan idarəetmə vasitəsilə sadəcə bir düyməyə sıxmaqla açılır.

Bu cür avtomatik qapıların mexaniki hissələri ən son texnalogiya ilə istehsal edilir. Elektrik enerjisinə qənaəti baxımından da olduqca sərfəlidir.

Avtomatik yana sürüşərək açılan qapılar həm də müxtəlif tipli müəssisələrdə də quraşdırılır. Bu həm də onların intensiv açılıb bağlanmaya davamlı olduğundandır.

"X" Açılan Darvazalar

“X” açılan darvazalar amerikan tipli darvazalardır. Bu qapıların ən vacib xüsusiyyəti digərlərinə görə daha sürətli açılıb bağlanmasıdır. “X” açılan qapıların üzərinə eyni dizaynda personal qapısı da yerləşdirmək mümkündür.

Bu qapılar bir tağlı sistemdən ibarətdir. Açıldığı zaman tavana paralel dayanır. İstifadə baxımından uzunömürlü hesab olunan bu qapıların mexaniki hissələri zaman keçdikcə paslanmır.

Avtomatik Dəmir Darvazalar

Avtomatik darvazalar sizin və ailənizin rahatlığının təmin olunmasına istiqamətlənmiş müasir sistemlərdən biridir. Siz bu qurğunu öz evinizin girişində quraşdırmaqla bir çox bezdirici əməliyyatların icrasından xilas olacaqsınız. Belə ki, artıq siz girişə yaxınlaşarkən uzaqdan idarə etmə vasitəsilə qapıların açılıb bağlanmasını təşkil edə bilərsiniz. Siz bu sistemi quraşdırmaqla həm də əmlakınızın və yaxınlarınızın təhlükəsizliyini yüksək səviyyədə təşkil etmiş olursunuz. Bu tip konstruksiyalar daha uzunömürlüdür və daha tez açılıb - bağlanma imkanı yaradır. Bizim şirkətimiz artıq uzun illərdir ki,  bu sahədə fəaliyyət göstərir və bütün təcrübəsiylə birlikdə sizə xidmət vəd edir.

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: