Avtomatik Qapıların Kəşfi

Ana səhifə Bloq Avtomatik Qapıların Kəşfi
Avtomatik Qapıların Kəşfi

Avtomatik Qapıların Kəşfi

Horton və Hewitt dünyanın yeni bir qapı sistemi ilə tanış olmasına səbəb oldu.

1954 - cü ildə Corpus Christi, Texasda fəaliyyət göstərən Horton Şüşə Şirkəti ( Horton Glass Company ) nümayəndələrindən olan Dee Horton və Lew Hewitt, cənubi Texasın sərt küləklərinin zərər verdiyi bir pəncərəni dəyişirdilər. Bu tip zərərlər o dövrün standart içəri və ya çölə açılıb - bağlanan qapılarında tez - tez rast gəlinirdi. Bu cür qapıların zərər görməsi insanlar üçün belə təhlükə yarada bilərdi. Bundan sonra ikili daha səmərəli və təhlükəsiz qapı sistemi hazırlamaq üçün işə başladılar.

İlk hazırladıqları qapı elektriklə işləyən və qapının önündəki ayaqaltıya basıldığında açılıb - bağlanacaq şəkildə istehsal edilmişdi. Bu kəşf nəinki sərt küləklərin verə biləcəyi zərərlərin qarşısını aldı, həmdə müştərilərin və əli dolu təslimat işçilərinin də rahat şəkildə məkana daxil olmasını rahatlaşdırdı. Qrup, qapıların satışına 1960 - cı ildə başladı və satılan ilk avtomatik qapı Corpus Christi - dəki bir restoranda yerləşdirildi. Qrup, kəşflərini 1964 - cü ildə patentləşdirdi və beləcə Horton Automatics quruldu.

Avtomatik qapılar müasir dövrümüzdə ofislərdə, restoranlarda, idarələrdə və müxtəlif ictimai binaların girişlərində qurulmuşdur. İstifadəçilərə rahat giriş təmin edən bu qapılar digər texnaloji nəaliyyətlər kimi ayrılmaz bir hissəyə çevrilmişdir. Bu qapıların istifadəsi o qədər geniş yayılmışdır ki, hətta bəzi inkişaf etmiş ölkələrdə hər hansı bir ictimai binanın girişində avtomatikləşdirilmiş qapıların olmaması insanlarda kiçik bir təəccübə səbəb ola bilir.

  • Əlaqədar Teqlər :

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: